AZ

AQTA bayram günlərində saxta spirtli içkilərlə bağlı çağırış edib

Bakı.Trend:

Qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanlarınsağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan“işbazlar”ın qanunsuz fəaliyyətlərinin qarşısının alınmasıistiqamətində Agentlik və hüquq-mühafizə orqanları tərəfindənmütəmadi qaydada yoxlama-nəzarət tədbirləri keçirilir və aşkarolunan qanunazidd hallarla bağlı ən sərt tədbirlər görülür.

Trend xəbərverir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin istehlakçılaramüraciətində bildirilir.

Vurğulanır ki, adətən, dələduzlar bu cür qanunsuz fəaliyyətləgizli və qapalı məkanlarda məşğul olduğundan onların aşkarlanmasıvə ifşa olunmasında vətəndaşların dəstəyi və bu istiqamətdə ictimainəzarət mühüm əhəmiyyət kəsb edir.

"Qeyd edək ki, kustar üsullarla saxta spirtli içkilərinhazırlanmasında metil (metanol) spirtindən istifadə edilir.Zəhərlənməyə səbəb olan metil texniki və sənaye spirtidir, onunqida kimi istifadə edilməsi yolverilməzdir. Metil spirtinin azmiqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəbolur.
Qida üçün nəzərdə tutulmayan təhlükəli maddələrin spirtli içkiməhsullarının hazırlanmasında istifadəsi qəti şəkildəyolverilməzdir. Həmçinin vətəndaşların həyat və sağlamlığına qəsdtörətdiyi üçün cinayət məsuliyyəti yaradır.

İstehlakçıların bu məsələdə diqqətli olmaları tövsiyə olunur.Belə qanunsuz hallarla rastlaşdıqda aidiyyəti dövlət orqanlarına, ocümlədən Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahişolunur. İctimai iaşə, satış və digər məkanlardan qida məhsullarıalarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqətyetirsinlər, qida təhlükəsizliyi ilə bağlı müvafiq sənədləri tələbetsinlər", - qurumdan əlavə olunub.

Seçilən
54
21
az.trend.az

10Mənbələr