Budaşpest sülh tərəfdarı mövqeyini qoruyur və hərbi kreditlərdən imtina edib...
Poliqon xəbər verir ki, Macarıstan Baş nazirinin müşaviri Balaş Orban X sosial şəbəkəsində Aİ rəsmilərinin Avropanı Rusiyaya qarşı müharibəyə təhrik etdiyini yazıb. Orban qey edib ki, Budaşpest buna qəti şəkildə qarşı çıxır.
Hökümət rəsmisinin sözlərinə görə, Macarıstan Ukraynaya hərbi kreditlərdən imtina edib və Slovakiya və Çexiya ilə etibarlı və güclü tərəfdaş kimi sıx əməkdaşlıq edir. O, Budaşpestin müharibəyə yox, sülhə tərəfdar olduğunu vurğulayıb.
Qeyd edək ki, Macarıstan Baş naziri Viktor Orban daha əvvəl Avropada dondurulmuş Rusiya aktivlərinin Ukraynaya “reparasiya krediti” kimi istifadəsini hüquqi baxımdan mümkün olmayan “ölü ideya” adlandırmışdı.
Bu gün Avropa İttifaqının liderləri 2026–2027-ci illərdə Ukraynaya maksimum 90 milyard avro maliyyə dəstəyi göstərilməsini təsdiqləyiblər. Yardım faizsiz kredit şəklində veriləcək. Lakin Ukraynanın birbaşa maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ideyası yekun qərara daxil edilməyib.
Poliqon.info