AZ

2025-ci ilin ən yaxşı KƏNDLƏRİ

Yazını böyüt
Yazını kiçilt

BMT yanında Ümumdünya Turizm Təşkilatının (UNWTO) 2025-ci il üçün "Dünyanın ən yaxşı turizm kəndləri" siyahısı açıqlanıb. Bu yaşayış məntəqələrinin kənd turizminin inkişafına və davamlılıq siyasətinə təsiri qarşıdakı dövrdə izləniləcək.

Hafta.az yazır ki, UNWTO kənd yerlərində davamlı turizmi təşviq etmək üçün 2021-ci ildən başlayaraq "Ən yaxşı turizm kəndləri" proqramını başladıb. Bu proqram çərçivəsində hər il üzv ölkələrdən müraciətlər qəbul edilir və kənd yaşayış məntəqələri əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq qiymətləndirilir.

Dünyanın hər yerindən 270-dən çox kənd UNWTO-ya 2025-ci il siyahısı üçün müraciət etmişdi. Müraciətlər müvafiq ölkələrin turizm orqanları tərəfindən irəli sürülən yaşayış məntəqələri arasından edilmiş və ilkin seçim prosesindən keçib. Qiymətləndirmə prosesi zamanı UNWTO kəndləri mədəni irsin qorunması, ətraf mühitin davamlılığı, yerli inkişafa töhfə, sosial birlik, infrastruktur və turizmin idarə olunması başlıqları altında araşdırıb. Proses kənd həyatının qorunmasına və turizmin yerli icmalarla harmoniyasına əsaslanıb.

Qiymətləndirmələrdən sonra 29 ölkədən cəmi 52 kənd "Dünyanın ən yaxşı turizm kəndləri 2025" siyahısına daxil edilib.

Seçilən
118
hafta.az

1Mənbələr