AZ

ABŞ “Green Card”ı dayandırır

Ağ Ev Braun Universitetindəki atışmada şübhəli bilinən şəxsin proqram vasitəsilə ABŞ-yə daxil olmasından sonra “Green Card” lotereyasını müvəqqəti olaraq dayandırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin daxili təhlükəsizlik naziri Kristi Noem “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“ABŞ Prezidenti Donald Trampın göstərişi ilə dərhal ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinə DV1 proqramını dayandırmağı əmr etdim ki, amerikalılar artıq bu zərərli proqramdan zərər görməsinlər”, – o bildirib.

Nazir buna səbəb kimi Braun Universitetindəki atışmada şübhəli bilinən Klaudio Manuel Nevesin 2017-ci ildə ölkəyə məhz bu proqram vasitəsilə gəlməsini göstərib.

Xatırladaq ki, dekabrın 14-də ABŞ-nin Rod-Aylend ştatındakı Braun Universitetinin kampusunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, 9 neçə nəfər yaralanıb.

Seçilən
67
nocomment.az

1Mənbələr