ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Avropa İttifaqının (Aİ) Rusiyanın dondurulmuş aktivlərini Prezident Vladimir Putinə qaytarmaq planı yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Belçikanın Baş naziri Bart de Vever Brüsseldə keçirilən Aİ sammitindən sonra jurnalistlərə açıqlamasında deyib.
Öz növbəsində, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen jurnalistlərə bildirib ki, Rusiyanın aktivlərini qaytarması üçün Aİ sammitində üzv dövlətlərin əksəriyyəti tərəfindən dəstəklənən xüsusi qərar tələb olunacaq.
O, həmçinin əlavə edib ki, Moskva Ukraynaya təzminat ödəməyincə , Aİ Rusiya vəsaitlərini geri qaytarmağı planlaşdırmır.
Qeyd edək ki, Aİ-də 210 milyard avrodan çox Rusiya vəsaiti bloklanıb, bunun 185 milyard avrosu Belçikada saxlanılır.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.