AZ

"Vətəndaş cəmiyyəti artıq tərəfdaş subyektdir" - QHT sədri

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova QHT.az-a açıqlamasında 2025-ci ilin vətəndaş cəmiyyəti üçün keyfiyyət baxımından mühüm dönüş nöqtəsi olduğunu bildirib.

Onun sözlərinə görə, 2025-ci il vətəndaş cəmiyyəti üçün “görünməkdən çox dərinləşmək ili” kimi yadda qalıb. Əvvəlki dövrlərdə əsas məqsəd ictimai səslənmə və problemlərin gündəmə gətirilməsi idisə, bu il vətəndaş cəmiyyəti təşkilatları daha sistemli yanaşmaya keçərək real təsir yaratmağa və yerli icmalarla konkret nəticələr əldə etməyə fokuslanıb:

"Vətəndaş cəmiyyəti təşkilatları problemləri sadalamaqla kifayətlənməyib, onların həlli mexanizmlərini təklif edən tərəfdaş subyektə çevrildi. Mən bu ili keyfiyyət baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirirəm".

Seçilən
63
qht.az

1Mənbələr