Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakışəhərinin Sabunçu rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsiilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumatdaxil olub.
Trend xəbər verir ki, bubarədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetməqüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkənmüəyyən olunub ki, “Renault” markalı minik avtomobili aşıb və 1nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələritərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsindədeformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyitiçıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.