AZ

Naxçıvanda 62 yaşlı qadın ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildi: Həyat yoldaşı saxlanıldı

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Naxçıvanda qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanılıb. Sədərək rayonunun Dəmirçi kənd sakini, 62 yaşlı Aləmzər Abbasova bədəninin müxtəlif dərəcəli xəsarətləri ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı onun 68 yaşlı həyat yoldaşı Zakir Abbasov şübhəli şəxs qismində saxlanılıb.

Həkim Azər Məmmədov yaralının vəziyyəti barədə məlumat verərək bildirib ki, qadın hazırda reanimasiyadadır:

"1963-cü il təvəllüdlü qadın ailə-məişət zəminində həyat yoldaşı tərəfindən döyülərək Naxçıvan Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Ona kəllə-beyin travması, baş beynin əzilməsi, üz sümüklərinin sınığı və bədənin müxtəlif nahiyələrinin kəsilmiş yaraları diaqnozu qoyulub. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti ağır olaraq qalır".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
30
baku.ws

10Mənbələr