AZ

Rusiya Oreşnik lə cəmi 2 dəqiqəyə Varşavanı vura bilər

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Rusiyanın orta mənzilli "Oreşnik" ballistik raketi Belarusdan Kiyevə 1 dəqiqə 51 saniyəyə uça bilir.

Axar.az Teleqrаf-a istinadən xəbər verir ki, "Oreşnik" artıq Belarus ordusunun inventarındadır.

Ukrayna hərbçilərinin məlumatına görə, bu raket saatda 12.300 km-dən çox sürətə çata bilir və altı döyüş başlığı ilə təchiz olunub.

İddia edilir ki, sözügedən raket Belarusdan cəmi 1 dəqiqə 4 saniyəyə Litvanın paytaxtı Vilnüsə çata bilər.

“O, təxminən 1 dəqiqə 40 saniyəyə Rovne, 1 dəqiqə 44 saniyəyə Lutsk, 1 dəqiqə 51 saniyə Kiyev və 2 dəqiqə 24 saniyəyə Lvovdakı hədəfi vura bilər.

Bu arada, AB şəhərlərinə orta uçuş müddəti təxminən iki dəqiqədir: Dauqavpilsə 1 dəqiqə 22 saniyə, Lyublinə 2 dəqiqə 11 saniyə, Varşavaya 2 dəqiqə 23 saniyə və Estoniyanın Tartu şəhərinə isə 2 dəqiqə 41 saniyə...”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
89
1
axar.az

2Mənbələr