AZ

Qırğızıstan prezidenti məktəblini qonaq çağırıb

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Qırğızıstanın prezidenti Sadır Japarov qarı yara-yara çox çətinliklə məktəbə yollanan dördüncü sinif şagirdinin çoxlu sayda baxış toplayan təsirli videosunu görəndən sonra təsirlənib. Prezident Japarov oxumaq üçün hətta qarlı havada belə dərsindən qalmaq istəməyən Nurzaman Almazbekovu Yeni il şənliyinə dəvət edib.

Reyting.az-ın məlumatına görə, Qırğızıstan məktəblisi olan bu oğlan Kara-Kulja rayonunun Koo-Çati kəndindəki "Ayđın-Köl" məktəbində oxuyur, riyaziyyat və ədəbiyyat dərslərində yaxşı cavab verir.

Nurzaman rəsm çəkməyi və futbol oynamağı da xoşlayır. 

S. Japarov azyaşlı məktəblinin təhsil almaq naminə göstərdiyi səyləri yüksək qiymətləndirib. Məlum olub ki, ölkə rəhbərinin xüsusi tapşırığı ilə öncə ona hədiyyələr göndərilib.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
reyting.az

1Mənbələr