Bakı, 19 dekabr, AZƏRTAC
Almaniya ordusu Finlandiyanın “Patria” müdafiə şirkəti ilə 2 milyard avroluq müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Patria”nın mətbuat xidməti məlumat yayıb.
Müqavilə Almaniya ordusu üçün 876 ədəd “Patria 6X6” zirehli avtomobilinin alınmasını nəzərdə tutur. Texnikanın ilk partiyası 2027-ci ildə təhvil veriləcək. İstehsal prosesində Norveç, Almaniya və Fransa şirkətləri iştirak edəcək.