AZ

Almaniya Azərbaycandan Ermənistana neft qatarının yola salınmasını alqışlayıb

Bakı. Trend:

Almaniya Azərbaycandan Ermənistana neft məhsulları daşıyanqatarın yola salınmasını alqışlayıb.

Trend xəbər verirki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa,Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner Xplatformasında paylaşım edib.

O bildirib: “Üç onillik davam edən münaqişədən sonra neftməhsulları daşıyan yük qatarı Azərbaycandan Ermənistana doğru yoladüşür. Bu hadisə hər iki tərəfin əldə etdiyi böyük nailiyyətolmaqla yanaşı, Azərbaycan ilə Ermənistan arasında iqtisadiəməkdaşlıq istiqamətində atılmış vacib addımdır”.

Qeyd edək ki, dekabrın 19-da SOCAR tərəfindən ilk dəfə yerlimənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. 22vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı“Azərbaycan Dəmir Yolları” QSC-nin yük qatarı ilə Ermənistana yolasalınıb.

Seçilən
139
3
az.trend.az

4Mənbələr