Bakı. Trend:
"OpenAI" şirkəti "ChatGPT"ni "hər şey üçün tək tətbiq"ə çevirməkistiqamətində yeni addım atıb.
Trend-inTheVerge.com-a istinadən verdiyi məlumata görə, şirkət daxilitətbiqlər kataloqunu istifadəyə verib.
Bu kataloq istifadəçilərə mövcud servislərə baxmaq və onlarıbirbaşa "ChatGPT" interfeysinə qoşmaq imkanı verir. Tərtibatçılarisə çatbot daxilində işləyən interaktiv tətbiqlər yaratmaq üçün SDKəldə ediblər.
Bundan başqa, "ChatGPT"yə "Apple Music" inteqrasiya olunub.Xidmət musiqi striminqini təmin etməsə də, istifadəçilərəmahnıları, albomları və ifaçıları axtarmağa, adi mətn sorğusu iləpleylist yaratmağa və redaktə etməyə imkan verir. İstifadəçitematik musiqi siyahısı tərtib edə, təsvirə əsasən mahnı tapa və yaserial və film pleylistlərini bərpa edə bilər. Bot bütün mahnılarıavtomatik olaraq istifadəçinin kitabxanasına əlavə edəcək.
Qoşulan tətbiqlər aktiv olduqda "ChatGPT"nin saxlanılmışyaddaşından istifadə edə bilər. Eyni zamanda, istifadəçiməlumatları xidmətin təkmilləşdirilməsi seçimi aktiv olduqdamodellərin öyrədilməsində iştirak etməyə davam edəcək.