AZ

Tramp övladlarına görün nələri QADAĞAN EDİB

ABŞ Prezidenti Donald Tramp uşaqlarına spirtli içki, siqaret və narkotik istifadəsini qəti şəkildə qadağan etdiyini bildirib.

Publika.az xəbər verir ki, onun çıxışı Ağ Ev tərəfindən canlı yayımlanıb.

"Mən həmişə uşaqlarıma deyirdim: narkotik qəbul etməyin, içki içməyin, siqaret çəkməyin, sadəcə narkotikdən uzaq durun", - ABŞ Prezidenti deyib.

Tramp özü də siqaret çəkmədiyini və içki içmədiyini, yeganə pis vərdişinin isə fastfud yeməklərinə olan sevgisi olduğunu qeyd edib.

Noyabr ayında Tramp həyatında heç vaxt spirtli içki və ya narkotik qəbul etmədiyini bildirmişdi.

Seçilən
91
publika.az

1Mənbələr