AZ

Türkiyənin Qara dənizdə vurduğu PUA ilə bağlı açıqlama

ain.az bildirir, Axar.az portalına istinadən.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bir müddət əvvəl Qara dənizdə F-16-lar tərəfindən məhv edilən naməlum PUA ilə bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, nazir Türkiyə Böyük Millət Məclisinin (TBMM) İdarə Heyətində büdcə müzakirələri zamanı bu məsələyə toxunub.

O bildirib ki, insidentlə bağlı hələ də araşdırmalar davam etdirilir:

“Qara dənizdən hava məkanına daxil olarkən nəzarətə götürüldü. Münasib zonada F-16-larımız tərəfindən məhv edildi. Kiçik cihazdır. Vurulduqdan sonra çox kiçik hissələrə ayrıldı. Hansı ölkəyə məxsus olması ilə bağlı hər hansı dəlil aşkarlanmayıb. Araşdırmalar aparılır”.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə HHQ-yə məxsus F-16-lar Qara dəniz üzərində hava sərhədini pozan PUA-nı zərərsizləşdirmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
136
1
axar.az

2Mənbələr