Bakı. Trend:
Cənubi Afrika Respublikası hökuməti ABŞ-nin vəzifəli şəxslərininsaxlanılmasında məsuliyyət daşıyanları cəzalandırmalıdır, əks halda“ciddi nəticələr”lə üzləşəcək.
Trend xəbər verirki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda qeydolunub.
Bəyanatda bildirilib ki, ABŞ afrikanerlərə humanitar yardımgöstərmək vəzifələrini icra edən amerikalı rəsmilərin sonsaxlanılmasını qətiyyətlə pisləyir. Həmçinin, vəzifəli şəxslərinpasport məlumatlarının dərc olunmasının qəbuledilməz olduğu vəbunun təqib forması sayıldığı vurğulanıb.
ABŞ Dövlət Departamenti baş verənləri CAR-da xidmətivəzifələrini yerinə yetirən ABŞ dövlət qulluqçularını qorxutmaqcəhdi kimi qiymətləndirib.
Qeyd olunub ki, ABŞ öz dövlət qulluqçularına və ya xaricdəqanuni fəaliyyət göstərən vətəndaşlarına qarşı bu cür hərəkətlərədözməyəcək. Vəzifəli şəxslərin şəxsi məlumatlarının yayılmasıonların təhlükəsizliyini risk altına salır. Dövlət Departamenti CARhökumətini vəziyyəti nəzarətə götürməyə və günahkarlarınməsuliyyətə cəlb olunması üçün təxirəsalınmaz tədbirlər görməyəçağırıb.