AZ

30 xəstəni zəhərləyən həkimə HÖKM OXUNDU 

12 nəfəri öldürən manyak-anestezioloq ömürlük həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Fransada “Ölüm həkimi” ləqəbi ilə tanınan anestezioloq Frederik Peşye barəsində məhkəmə hökmü çıxarılıb. 53 yaşlı həkim 30 nəfəri zəhərləməkdə, onlardan 12-sinin ölümünə səbəb olmaqda təqsirli bilinib.

İstintaq müəyyən edib ki, 2008-2017-ci illər ərzində onun növbətçiliyi zamanı xəstələrin ürəyinin dayanması halları şübhəli şəkildə tez-tez baş verib. Manyak həkim zəhərlədiyi qurbanlarının reanimasiyasında şəxsən iştirak edərək özünü xilaskar kimi göstərməyə çalışıb.

Məhkəmə sübut edib ki, qatil qurbanlarını təsadüfi seçməyib. O, münaqişədə olduğu və ya rəqabət apardığı həmkarlarının xəstələrini hədəf alıb. Əsas məqsəd həmin həkimləri gözdən salmaq və onların nüfuzuna zərbə vurmaq olub.

Qurbanlar arasında həm yaşlı insanlar, həm də uşaqlar var. Onlardan biri badamcıq vəzi əməliyyatı zamanı ürəyi dayanan 4 yaşlı oğlan uşağı olub.

Məhkəmənin qərarı ilə qəddar zəhərləyiciyə ömürlük həbs cəzası verilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
105
interpress.az

1Mənbələr