Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Rusiyalı məşhur reper Quf (əsl adı Aleksey Dolmatov) soyğunçuluq və zorakılıq üzrə ittiham olunaraq 7 ilədək həbs cəzası ilə üzləşə bilər.
Axşam.az xəbər verir ki, istintaq materiallarına görə, Quf və onun dostu Naro-Fominskdə istirahət zamanı bir kişiyə hücum edərək onun iPhone telefonunu alıblar. İddialara əsasən, reperin dostu zərərçəkənin əllərini tutub, Quf isə ona üzündən zərbələr endirib və hədə-qorxu gəlib.
Cinayət işi artıq məhkəməyə göndərilib. Hazırda Qufa ölkəni tərk etməmək barədə iltizam verilib. İş üzrə bütün təqsirləndirilənləri 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.