
“İspaniyanın “Barselona” futbol klubu almaniyalı baş məşqçi Hans-Diter Fliklə müqaviləni 2028-ci ilə qədər uzatmağı planlaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Məşqçinin hazırkı müqaviləsi 2025-ci ilin mayında imzalanıb və 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edilib ki, “Barselona" rəhbərliyi həmçinin “Atletiko Madrid”dən argentinalı hücumçu Culian Alvares ilə də maraqlanır. Bu, kluba ən azı 100 milyon avroya başa gələ bilər.