Böyük Britaniyada yeni Brakestop tipli qanadlı raketin ilk uçuş sınağı keçirilib. Bu barədə Defence Equipment & Support bölməsinin rəhbəri Anna-Li Reilly məlumat verib.
Editor.az xəbər verir ki, sınaq uçuşu 15 dekabr tarixində baş tutub. Raketin istehsalçısı və texniki xüsusiyyətləri, həmçinin sınağın keçirilmiş ərazisi barədə rəsmi açıqlama verilməyib.
Brakestop layihəsi çərçivəsində hazırlanmış raketlər, ekspertlərin fikrincə, Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə nəzərdə tutulub.
//Samir Qurbanov, Editor.az