AZ

Kilian Mbappe "Nike" ilə danışıqlar aparır

“Real”ın ulduz hücumçusu Kilian Mbappe "Nike" şirkəti ilə danışıqlar aparır.

90deqiqe.Az-ın "RMC Sport"a istinadən məlumatına görə, fransalı futbolçunu "Nike" ilə bağlayan mövcud müqavilənin müddəti yaxın yayda başa çatır və tərəflər əməkdaşlığın davamı ilə bağlı aktiv müzakirələr aparır.

Bununla yanaşı, iki böyük şirkət Mbappeni "Nike"dan “qoparmaq” niyyətindədir. Belə ki, "Adidas" və "Under Armour" Fransa millisinin kapitanı ilə əməkdaşlıq etmək istəyir.

Qeyd olunur ki, "Nike" yalnız Mbappe ilə müqavilənin uzadılması üzərində işləmir, eyni zamanda PSJ-nin hücumçusu Dezire Due ilə də anlaşma imzalamağa çalışır.

2025/2026 mövsümündə Kilian Mbappe 23 oyunda iştirak edib, 28 qol vurub və 5 məhsuldar ötürmə verib.

Seçilən
69
90deqiqe.az

1Mənbələr