AZ

Elgün Səfərov: Statistika bizə göstərir ki, dünyada hər 5 ci uşaq zərərli informasiyadan əziyyət çəkir

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması haqqında qanun qəbul edilmişdir. Onun çərçivəsində digər qanunvericilik normalarına dəyişiklər edilmişdir. Bir praktikanı qeyd etmək istəyirəm ki, statistikaya müraciət etsək, dünyada hər 5-ci uşaq zərərli informasiyadan əziyyət çəkir”.

Bizimyol.info xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda brifinqdə qurumun Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov deyib.

“Fərqi yoxdur burada ya televiziya kanalları vasitəsilə, ya da sosial media vasitəsilə zərərli məlumatlardan gündəlik olaraq, yetkinlik yaşından çatmayan fərdlər risk altındadır. Biz bunu açıqlayanda bildirməliyik ki, risk nədən söhbət gedir? Bugün dünya süni intellektin, innovasiyanın, rəqəmsallaşmanın inkişafından danışır. Ancaq eyni zamanda da süni intellekt, rəqəmsallaşma, innovasiyalar müsbət texnoloji inkişafla yanaşı mənfi tendensiyaları da özü ilə gətirir. Nümunə üçün bu yaxınlıqda hamının gündəm mövzusuna çevrilmiş mavi balinanı qeyd edə bilərəm”, -deyə Elgün Səfərov vurğulayıb.

Elgün Səfərovun sözlərinə görə, Azərbaycanda uşaq hüquqları ilə bağlı vahid Uşaq Məlumat Bankı yaradılıb və hazırda bu sistemin tam funksional fəaliyyəti istiqamətində işlər aparılır: “Son iki il ərzində Uşaq Məlumat Bankı təkmilləşdirilib və gələcək mərhələdə 11-dən çox dövlət qurumunun, eləcə də 7 yerli icra hakimiyyəti orqanının məlumatları bu sistemə inteqrasiya olunacaq”.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
112
bizimyol.info

1Mənbələr