“Atletiko” klubunun müdafiəçisi Klemən Lenqle İspaniya Kuboku matçında aldığı diz zədəsi səbəbindən uzun müddət komandasına kömək edə bilməyəcək.
90deqiqe.Az xəbər verir ki, tibbi müayinələr Lenqlenin dizində əlavə fəsadlar olmadan medial kollateral bağın ciddi dərəcədə dartılmasını üzə çıxarıb.
30 yaşlı futbolçunun bərpa prosesi ən azı iki ay çəkəcək və o, mövsümün qış mərhələsinin böyük hissəsini buraxacaq.
Fransalı futbolçu 1/16 final mərhələsində “Atletiko Baleares”ə qarşı keçirilən oyunda (3:1) zədələnib və qarşılaşmanın 10-cu dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, Lenqle bu mövsüm La Liqada 9 oyunda iştirak edib və 1 sarı vərəqə alıb.