AZ

“Bu oyunu Avropada səs salan komandaya qarşı həyata keçirdik” Video

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İlk öncə öz oyunçularımı təbrik edirəm. Bu gün inanılmaz performans göstərdik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının birinci turundan təxirə salınmış “Qarabağ”la matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Litvalı mütəxəssis komandasının qələbəsini belə şərh edib:

“Bu oyunu Avropada səs salan komandaya qarşı həyata keçirdik. İnanıram ki, stadiona gələn azarkeşlər oyundan həzz aldılar. Mən rəhbərliyi və azarkeşləri qalibiyyət münasibətilə təbrik edirəm. Bu cür oyunlar olanda, stadionlar dolanda bu, gələcəkdə Azərbaycan çempionatı üçün yaxşı nəticə olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
139
3
qafqazinfo.az

3Mənbələr