AZ

İstanbul hava limanından böyük uğur 1444 uçuşla Avropa birincisi oldu

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 8-14 dekabr tarixləri üçün “Avropa Aviasiya Hesabatı”nı dərc edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu hesabata görə, İstanbul hava limanı bu dövr ərzində gündəlik orta hesabla 1444 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul hava limanını gündəlik 1308 uçuşla Londonun Hitrou, 1285 uçuşla Parisin Şarl de Qoll və 1260 uçuşla Amsterdam hava limanı izləyib.

Avropanın ən işlək 10 hava limanı siyahısında İstanbulun daha bir aerorportu yer alıb. Belə ki, gündəlik 751 uçuşla İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı sıralamada üçüncü olub.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
71
525.az

1Mənbələr