Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq zamanı Lənkəran rayonunun Şovu kəndində fiziki şəxs Nəriman Vahab oğlu Əliyevə məxsus ət satışı məntəqəsində məhsulun baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb.
Bu barədə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib. Ət məhsulları satışdan çıxarılaraq möhürlənib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Araşdırmalar davam etdirilir.