ÜST: 2014-cü ildən bəri miqrasiya səyahətlərində təxminən 80.000 insan həyatını itirib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2014-cü ildən bəri miqrasiya səyahətləri zamanı təxminən 80.000 insanın öldüyünü bildirib.ÜST 18 dekabr Beynəlxalq Miqrantlar Günü münasibətilə ABŞ-da yerləşən X sosial media hesabında paylaşım edib.
Paylaşımda heç bir səyahətin faciə ilə bitməməsi vurğulanıb və deyilir: "2014-cü ildən bəri miqrasiya səyahətlərində təxminən 80.000 insan həyatını itirib. Bir çoxunun kimliyi hələ də məlum deyil və bu da ailələri sonsuz qeyri-müəyyənlik içində qoyur".
Paylaşımda təhlükəsiz, nizamlı və ləyaqətli miqrasiyanın təmin edilməsinə çağırış edilib və "Gəlin sağlamlıq hüquqlarını qoruyaq, daha çox ölüm hallarının qarşısını alaq" ifadəsi yer alıb.
aia.az
Tərcümə şöbəsi