Ziraat Türkiyə Kubokunda B qrupunun ilk turu çərçivəsində "Gənclərbirliyi" və "Bodrum" komandaları üz-üzə gəlib.
QOL.az xəbər verir ki, qarşılaşma "Gənclərbirliyi"nin qələbəsi ilə başa çatıb. Meydan sahibləri 0:2 hesabı ilə geridə olsalar da, 10 dəqiqə ərzində 3 qol vuraraq meydandan üstün ayrılıblar.
18 dekabr (cümə axşamı)
"Bodrum" – "Gənclərbirliyi" - 2:3
Qollar: A.M.Türk, 18, A.Habeşoğlu, 51 – M.Nianq, 59, 69, S.Onur, 67
Qeyd edək ki, bu nəticə ilə "Gənclərbirliyi" qrup mərhələsinə 3 xalla başlayıb. "Bodrum" klubu isə xal qazana bilməyib.