Ukrayna NATO-ya üzvlük üçün müraciət edə bilər, lakin bəzi üzvlər buna qarşıdır.
"Ölkə.az" xəbər verir ki, o, Ukraynanın dəstəyə ehtiyacı olduğunu vurğulayıb.
Rutte bildirib ki, Ukrayna prinsipcə üzvlük üçün müraciət edə bilər, lakin ABŞ, Macarıstan, Slovakiya Kiyevin üzvlüyünü dəstəkləmir.
Rutte Rusiyanın Ukraynaya yenidən hücum etməsinin qarşısını necə almaq olar" sualına cavabın mümkün sülh müqaviləsi çərçivəsində ortaya çıxdığına diqqət çəkib. O bildirib ki, təhlükəsizlik zəmanətləri məsələsi bunun üç təbəqədən ibarət olduğunu göstərir.
Rutte bildirib ki, müdafiə xəttinin birinci səddini Ukrayna ordusu, ikinci səddi Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi Könüllülər Koalisiyasının planları, üçüncü səddi isə ABŞ-ın təhlükəsizlik zəmanətlərinə daxil edilməsidir.
Təhlükəsizlik zəmanətlərinin məzmunu ilə bağlı danışıqların davam etdiyini bildirən Rutte deyib ki, bu, son dərəcə vacibdir.
"Çünki sülh müqaviləsindən sonra NATO olmadan yeni bir Rusiyanın hücumunun qarşısını necə alacağıq? Putin bilməlidir ki, mümkün sülh müqaviləsindən sonra Ukraynaya yenidən hücum etməyə çalışsa, bunun dağıdıcı nəticələri olacaq".
Elvin
Ölkə.az