AZ

"Sabah" "Qarabağ"ı məğlub edərək turnir cədvəlinin lideri oldu

Misli Premyer Liqasında I turdan təxirə salınmış oyunda "Sabah" ölkə çempionu "Qarabağ"ı qəbul edib.

90deqiqe.Az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 9-cu dəqiqədə "Qarabağ"ın futbolçusu Leandro Andrade açıb. Fasilədən sonra "Sabah" üstünlüyü ələ alıb. 52-ci dəqiqədə Coy Lens Mikels tarazlığı bərpa edib. Qarşılaşmanın sonlarına yaxın, 88-ci dəqiqədə Aron Maluda qələbə qolunu vuraraq komandasına üç xal qazandırıb.

Bu nəticədən sonra "Sabah" 34 xalla turnir cədvəlinin lideri olub. 33 xala malik "Qarabağ" isə ikinci pillədə qərarlaşıb.

Seçilən
66
90deqiqe.az

1Mənbələr