AZ

Misli Premyer Liqası: “Qarabağ” təxirə salınmış oyunda “Sabah”a uduzub

Bakı, 18 dekabr, AZƏRTAC

Misli Premyer Liqasında I turdan təxirə salınmış oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, “Sabah” doğma meydanda “Qarabağ”ı qəbul edib.

“Bank Respublika Arena”da təşkil olunan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edib.

Bu qələbə sayəsində “Sabah” 34 xalla liderliyə yüksəlib.

Ağdam təmsilçisi isə 33 xalla ikinci pilləyə enib.

 

Seçilən
105
2
azertag.az

9Mənbələr