AZ

Türkiyə mandarin ixracından 615 milyon dollar qazanıb

Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin meyvə-tərəvəz sektorunda mandarin birinci yerdə dayanır. Qonşu ölkə bu meyvənin ixracından hər il yüz milyonlarla dollar qazanır.

Metbuat.az xəbər verir ki, bu ilin oktyabrında mandarin ixracında 114 milyon dollarlıq göstərici qeydə alınıb. Noyabr ayında bu rəqəm 239 milyon dollar olub.

Ege İxracatçılar Birliklərinin kordinator müavini Hayrettin Uçak bu il 615 milyon dollarlıq mandarin ixrac etdiklərini açıqlayıb. O, 2026-cı ildə və sonrakı dövrdə mandarin ixracını 1 milyard dollara çatdırmağı hədəflədiklərini bildirib.

Hayrettin Uçak deyib ki, Türkiyə ən çox Rusiyaya mandarin satır. 2025-ci ildə bu rəqəm 239 milyon dollar təşkil edib.

Mandarin satışında ikinci yeri İraq tutur. Orta Asiyadakı türk respublikaları da Türkiyədən ən çox mandarin alan ölkələr sırasındadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
97
1
metbuat.az

2Mənbələr