ain.az, 525.az saytına istinadən bildirir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Moldovada olduğu kimi Ermənistana da seçkilərlə bağlı kömək edəcəyinə dair açıqlamasını səmimi etiraf adlandırıb.
525.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Bu yaxınlarda Aİ-nin ali nümayəndəsi Kaya Kallas açıq şəkildə söz verdi ki, Moldovada olduğu kimi, Ermənistana da zərərli xarici müdaxilə ilə mübarizədə kömək edəcəklər. Bu, səmimi etirafdır, günahın boynuna alınmasıdır”, - Lavrov deyib.
Pərvanə Sultanova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.