UFC ulduzu İliya Topuriya və Giorgina Uzkatqui arasındakı münasibətlərin rəsmən sona çatması və bununla bağlı yaranan hüquqi gərginlik İspaniya mətbuatının əsas mövzusuna çevrilib.
Fanat.Az xəbər verir ki, yayılan yeni məlumatlara görə, cütlüyün ayrılıq prosesi kifayət qədər mürəkkəb keçir.
Məlum olub ki, cütlük hələ avqust ayında yollarını ayırıb və bundan sonra tərəflər arasında maliyyə tələbləri ilə bağlı gərgin danışıqlar prosesi başlayıb. Oktyabrın sonu, noyabrın əvvəllərində Topuriya ayrılığı rəsmiləşdirmək məqsədilə məhkəməyə müraciət etdikdən sonra Giorgina tərəfindən zorakılıq iddiası ilə qarşı şikayət irəli sürülüb.
Lakin bu iddialara baxmayaraq, hazırda İliya Topuriya barəsində hər hansı həbs qərarı, uzaqlaşdırma sanksiyası və ya rəsmi məhdudiyyət tətbiq olunmayıb.
Topuriyanın bu gərginlik fonunda növbəti döyüşlərinə necə fokuslanacağı maraq doğurur.
Kamil Xudiyev