Bakı. Trend:
NATO-nun Baş katibi Mark Rütte Ukraynanın NATO-ya üzvlüyüməsələsinin hazırda praktik baxımdan mümkün olmadığınıbildirib.
Trend xariciKİV-ə istinadən xəbər verirki, Rütte bu açıqlamanı Polşaya səfəriçərçivəsində ölkənin Baş nazirinin müavini və milli müdafiə naziriVladislav Kosinyak ilə keçirdiyi birgə mətbuat konfransındaverib.
Onun sözlərinə görə, prinsip etibarilə Avro-Atlantik bölgəsindəyerləşən istənilən ölkə, o cümlədən Ukrayna NATO-ya üzvlük üçünmüraciət edə bilər. Lakin praktiki baxımdan bu proses bir sıramüttəfiqlərin etirazı səbəbindən mümkün deyil.
“Hazırda bəzi müttəfiqlər Ukraynanın NATO-ya üzvlüyünə razılıqverməyəcəklərini açıq şəkildə bildiriblər. Bu ölkələr sırasındaABŞ, Macarıstan, Slovakiya və ehtimal ki, daha bir neçə müttəfiqvar. Bu səbəbdən konsensus əldə edilə bilməz”, – deyə Rüttevurğulayıb.