AZ

Aleksandr Lukaşenko: Belarusların xoşbəxtliyi dinc həyatdadır

Kiyev, 18 dekabr, AZƏRTAC

Belarus xalqına müharibə lazım deyil, onların xoşbəxtliyi dinc həyatdadır.

AZƏRTAC xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus xalqına və parlamentinə ünvanladığı müraciətində bildirib. “Biz artıq bataqlıqlarda və yeraltı sığınacaqlarında yaşamaq istəmirik. Amma bunun baş verməməsi üçün güclü olmalıyıq”, – deyə o vurğulayıb.

Dünyadakı mövcud vəziyyəti şərh edən dövlət başçısı bildirib: “Sülh yoxdur, amma sülh mükafatı uğrunda mübarizə gedir”.

A. Lukaşenko qeyd edib ki, sanksiyalar şəraitində yaşamaq Belarus dövlətinin müstəqilliyinin qiymətidir.

“Biz bütün suveren tariximiz boyunca siyasi və iqtisadi təzyiqlər altında yaşamışıq. Bu, müstəqilliyin qiymətidir. SSRİ dağılandan sonra da bu zərbəyə dözmüşük. Amma işləyirik, bu vəziyyətdən çıxırıq, xarici bazarlara yönəlirik. Çin də, Hindistan da, Rusiya da, Asiya, Afrika və Latın Amerikası ölkələri də dünyanın çoxluğunu təşkil edir. Biz də bu dünya çoxluğunun bir hissəsiyik”, – deyə Belarus lideri bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
115
azertag.az

1Mənbələr