“Ukraynadakı vəziyyətlə bağlı həlli prosesi publik deyil, qapalı qapılar arxasında aparılmalıdır“.
AzPost bildirir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu açıqlamanı “Rossiya 24” televiziya kanalında verib.
Onun sözlərinə görə, Ukraynadakı nizamlama prosesi hay-küysüz, sakit keçməlidir.
Peskov həmçinin qeyd edib ki, Vladimir Putin fəaliyyəti dövründə beynəlxalq səhnədə ən təcrübəli, müdrik və hörmətli siyasətçilərdən biri olub, indi də belə qalacaq.
Peskov qeyd edib ki, Putinə əksər dünya siyasətçiləri tərəfindən hörmət edilir.