AZ

"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu

style='margin-bottom:10px;'>

"Barselona"nın baş məşqçisi Hans-Diter Flikin gələcəyi ilə bağlı mövqeyi bəlli olub.

QOL.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, klub rəhbərliyi və idman direktoru Deko baş məşqçinin növbəti mövsümə cəmi bir illik müqavilə ilə başlamasına qarşıdır. Belə ki, katalon təmsilçisi mütəxəssisin 2028-ci ilin yayına qədər klubda qalmasına maraqlıdır. Ancaq digər tərəfdən klubun bu istəyinə baxmayaraq 60 yaşlı çalışdırıcının daha uzunmüddətli müqaviləyə maraqlı olmadığı bildirilib.

Xatırladaq ki, Hans-Diter Flik 2024-cü ilin yayından etibarən komandanı çalışdırır. Onun rəhbərliyi altında klub İspaniya çempionluğunu, ölkə kubokunu və Superkuboku qazanıb.

Seçilən
114
1
teleqraf.com

2Mənbələr