“Barselona” rəhbərliyi baş məşqçi Hans Fliklə müqaviləni uzatmağı planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, klub 60 yaşlı mütəxəssisə 2028-ci ilə qədər yeni sözləşmə təklif etməyə hazırlaşır.
Flikin hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. Onun rəhbərliyi altında komanda ötən mövsüm üç titul qazanıb və hazırda La Liqada liderdir.
Kataloniya təmsilçisi növbəti oyununu 21 dekabrda “Vilyarreal”a qarşı keçirəcək.