AZ

Gəncə sakini yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildi

Gəncədə 32 yaşlı kişi özünü yandırıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini - 1992-ci il təvəllüdlü S.Bədirov bədəninin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 32 yaşlı kişi borcu olduğuna görə özünü yandırıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov 

Seçilən
91
unikal.az

1Mənbələr