ABŞ-da 1980-ci illərə aid uşaq oğurluğu ilə bağlı ən səs-küylü işlərdən biri açılıb.
Publika.az xəbər verir ki, cinayətin açılmasına DNT üzrə axtarışın yeni texnologiyaları kömək edib.
Belə ki, üç yaşlı Mişel Mari Nyuton 2 aprel 1983-cü ildə itkin düşmüşdü. Bu illər ərzində atası onu fasiləsiz axtarıb. Məlum olub ki, uşağı başqa ştatda gizlətmək məqsədilə doğma anası aparıb.
“Qaçırılma” hadisəsi valideynlərin boşanmadan sonra yaşadığı münaqişə səbəbindən mümkün olub. Bu müddət ərzində ata onu axtarmağı dayandırmayıb və qızını yenidən görəcəyinə inanıb.
Debora Li Nyuton FTB-nin “adam oğurluğu işləri üzrə ən çox axtarılan qaçaqlar” siyahısına salınmasına baxmayaraq, iş 5 ildən sonra bağlanıb. Lakin bütün bu illər ərzində atasının təsəlliverilməz kədərini görən qohumların xahişi ilə iş 9 il əvvəl yenidən açılıb.