AZ

“Fuad Nəcəfli qonaqlara qarşı kobud və hörmətsiz hərəkətlər etdi”

Dünən Naxçıvanda Rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında imzalanan fərmandan sonra bu gün Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev muxtar respublikaya səfər edib. 

İmzalanan fərman barədə qısaca onu demək olar ki, bu fərman vahid mərkəzdən idarəetməni və maliyyələşməni təkmilləşdirəcək. Həmçinin, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin gəlirlərindən istifadə, adətən, zərərlə işləyən Radio-Televiziya Örürücü Mərkəzin, həm də Naxçvanpoçtun müasir tələblər səviyyəsində xidmətinə yol açacaq. Əməkdaşların sosial rifah halının yüksəldilməsi isə daha bir mühüm amildir. Bildirək ki, fərmana əsasən, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Telekom” MMC və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilməklə onların əsasında Nazirliyin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılıb.
Əslində, bir neçə il bundan əvvəl sözügedən qurumların Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyindən ayrılaraq publik hüquqi şəxsə çevirilməsi yanlış qərar idi və bu qərar onların inkişafını kifayət qədər ləngitdi. İş o yerə çatmışdı ki, “Naxçıvanpoçt” öz gəlirləri ilə əməkdaşlarının maaşını belə ödəyə bilmirdi, rentabelli işləmirdi. Ötürücü mərkəz də onun kimi…
Nə isə, sözümüzün canı bu deyil, sözümüzün canı odur ki, Rəşad Nəbiyev 2 il əvvəl böyük bir heyətlə Naxçıvana gəlmişdi. İstər nəqliyyat, istərsə də telekommunikasiya və rəqəmsal inkişaf sahəsində kifayət qədər perspektivli təkliflər var idi. Sözügedən qurumların ölkənin ümumi sistemi ilə paralel inkişafı, paytaxt Bakıdan kifayət qədər geridə qalan bu sektorun təkmilləşdirilməsi prioritet götürülürdü. Lakin nümayəndə heyəti ilə görüşdə özünü Naxçıvanın rəhbəri kimi yox, ağası kimi aparan, kifayət qədər lovğa davranan və verilən təklifləri bəri başdan bloklayan sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəfli qonaqlara qarşı kobud və hörmətsiz hərəkətlərə yol vermişdi. Mənbəmiz bildirir ki, R.Nəbiyev elə görüşdəcə konkret təklif və ideyalar əsasında onu susdurmuş, bu cür qeyri-etik, səmimiyyətdən kənar münasibətlərin ümümi fəaliyyətə kölgə saldığını bildirmişdi. Paytaxta axşam saatlarında qayıtmalı olan nümayəndə heyətinin görüşdən dərhal sonra təyyarə biletlərini dəyişərək Bakıya qayıtması da Nəcəflinin səbatsız hərəkətlərinə cavab idi.
Beləcə, bütün sahələrdə yarıtmaz fəaliyyəti ilə seçilən, adi münasibət və kommunikasiya qurmaq bacarığından belə məhrum olan Nəcəfli bu sektorun da inkişafını azı 2 il ləngitdi. Naxçıvana nə yeni ekobuslar gəldi, nə də internet normal verildi. Heç ağzından düşürmədiyi DataMərkəz də tikilmədi. Bu gün belə Naxçıvan şəhərinin mərkəzində dizellə işləyən 20 ilin avtobusları işləyir…

image-af2f1810-67b7-431b-bf54-ad975ce9ec55
Bu günkü səfərdə isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev gələcək birgə əməkdaşlıq və sahələrin inkişafını birgə müzakirə edib, Naxçıvan Dövlət Universitetində İnnovasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub, ayrı-ayrı rayonlardan vətəndaşlar qəbul edilib.
Düşünmək olar ki, ən vacib sektorlardan biri olan rəqəmsal inkişaf və nəqliyyat Naxçıvanda da ölkənin ümumi inkişafı ilə birgə addımlayacaq. Artıq bir neçə gündür ki, tikintisinə başlanılan Naxçıvan dəmir yolları da deyilənləri təsdiq edir. Zəngəzur dəhlizinin bir hissəsi olan bu qovşaq həm də Naxçıvanın logistik mərkəz və tranzit məkan kimi önəmini artıracaq, inşaatlarda yüzlərlə sakin işləyəcək…

image-af2f1810-67b7-431b-bf54-ad975ce9ec55

Seçilən
101
veteninfo.az

1Mənbələr