AZ

Azərbaycan məhsullarının Körfəz bazarına çıxışı üçün yeni logistik marşrutlar formalaşa bilər

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Azərbaycan ilə BƏƏ arasında münasibətlərin son illər dərinləşməsi iki ölkənin strateji baxışlarının üst-üstə düşdüyünü göstərir və bu, iqtisadi baxımdan bir sıra mühüm imkanlar vəd edir”. Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı deyib.O bildirib ki, BƏƏ-dən Azərbaycana birbaşa investisiyaların artması gözlənilir ki, bu da qeyri-neft sektorunun inkişafına töhfə verə bilər.“Xüsusilə energetika, bərpaolunan enerji, logistika və kənd təsərrüfatı sahələri prioritet istiqamətlər kimi önə çıxır. BƏƏ-nin maliyyə resursları və investisiya təcrübəsi Azərbaycanda iri infrastruktur layihələrinin reallaşmasını sürətləndirə bilər. İki ölkə arasında ticarət dövriyyəsinin genişlənməsi ixrac imkanlarını artırır. Azərbaycan məhsullarının Körfəz bazarına çıxışı üçün yeni logistik marşrutlar formalaşa bilər”Onun sözlərinə görə, turizm sahəsində əməkdaşlıq xidmət sektorunun gəlirlərini yüksəldə bilər:“Maliyyə və bankçılıq sahəsində tərəfdaşlıq regionda kapital axınını gücləndirə bilər. Birgə sənaye və texnologiya layihələri yeni iş yerlərinin açılmasına şərait yaradar. Bu əməkdaşlıq həm də Azərbaycanın regional nəqliyyat və enerji mərkəzi rolunu möhkəmləndirir. Azərbaycan–BƏƏ münasibətlərinin dərinləşməsi iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf üçün real dividendlər vəd edir”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
demokrat.az

1Mənbələr