AZ

Rütte: ABŞ, Macarıstan, Slovakiya və bir sıra digər ölkələr Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmir

NATO-nun Baş katibi Mark Rütte bildirib ki, hazırda Ukraynanın Alyansa üzvlüyü ABŞ, Macarıstan və Slovakiya tərəfindən dəstəklənmir.

O, istisna etməyib ki, daha bir neçə üzv dövlət də bu mövqedədir.

Bu barədə Mark Rütte Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ilə birgə keçirdiyi mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, ötən il Vaşinqtonda keçirilən NATO sammitində müttəfiqlər Ukraynanın Alyansa üzvlüyə gedən yolunun geri dönməz olduğunu təsdiqləsələr də, üzvlük üçün bütün Alyans ölkələrinin razılığı tələb olunur. Hazırda isə bəzi dövlətlər Ukraynanın NATO-ya qəbuluna açıq şəkildə qarşı çıxır.

NATO-nun Baş katibi qeyd edib ki, bu şəraitdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində fəal iş aparılır. Rütte vurğulayıb ki, bu zəmanətlərin əsas məqsədi Rusiyanın Ukraynaya qarşı mümkün yeni hücumlarının qarşısını almaqdır.

//Samir Qurbanov, Editor.az

Seçilən
59
editor.az

1Mənbələr