AZ

“Seltik” iki həftə əvvəl gətirdiyi məşqçini çıxarmaq istəyir

Şotlandiyanın “Seltik” klubu baş məşqçisi Ulfrid Nensini istefaya göndərmək istəyir. Msport.az xəbər verir ki, bu barədə insayder Piter Martin paylaşım edib.

48 yaşlı fransalı mütəxəssis 2 həftə bu posta təyin olunmuşdu. Lakin “Seltik” onun rəhbərliyi altında uğursuz nəticələr göstərib.

Komanda çempionatın lideri “Harts”a 1:2, liqa kubokunun finalında “Sent Mirren”ə 1:3 və Avropa Liqasında “Roma”ya 0:3 hesabı ilə uduzub.

Bundan sonra isə Primerşipdə “Dandi Yunayted”lə matçda da məğlubiyyət qeydə alınıb – 1:2.

Nensinin “Selta” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. O, bundan öncə Şimali Amerikada – “Monreal İmpekt”, “Kolambus Bryü” klublarında işləyib.

Seçilən
86
msport.az

1Mənbələr