Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Bakı Metropoliteninin siqnalizasiyasistemlərinin modernləşdirilməsi və əməliyyatlarınrəqəmsallaşdırılması layihəsini dəstəkləmək üçün 150,2 milyon ABŞdolları məbləğində kredit ayırmağı nəzərdən keçirir.
Trend bu barədəAİB-ə istinadən xəbər verir.
Layihə metropolitenin əməliyyat sistemlərininrəqəmsallaşdırılmasına yönəlib, xüsusilə qatar hərəkətinin idarəedilməsi və sərnişin məlumatlandırılmasına diqqət yetirilir, bankınməlumatında qeyd olunub.
"AİB layihənin Bakı Metropoliteninin həm əməliyyat, həm dəmaliyyə göstəricilərini yaxşılaşdıracağını proqnozlaşdırır", – deyəbank əlavə edib.
Bu təşəbbüs həmçinin ictimai nəqliyyata yönəlmiş şəhər mobilliyisisteminin yaradılmasına töhfə verəcək, bu da əhalinin artımı vəşəxsi avtomobillərin çoxalması səbəbindən yaranan nəqliyyatsıxlığını azaltmağa imkan verəcək.
Qeyd edək ki, 31 dekabr 2024-cü il tarixinə AİB Azərbaycanaümumilikdə 4,4 milyard ABŞ dolları məbləğində 71 kredit, qrant,zəmanət və texniki yardım ayırıb. Hazırda AİB-in Azərbaycandakısuveren portfeli iki kredit və bir suveren zəmanəti əhatə edir,ümumi məbləği isə 613,68 milyon ABŞ dollarıdır.