ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Evdə baş verən hallar valideynlərin diqqətində olur, amma telefon və sosial şəbəkələr vasitəsilə davam edən problemlər uzun müddət məlum olmaya bilər. Bu, ciddi psixoloji nəticələrə səbəb ola bilər. Məşğuliyyət və dərslərlə bağlı çətinliklər evdə düzəlir, amma sosial media və rəqəmsal platformalarda davam edən problemlər bir həftə və daha uzun müddət boyu uşaqların üzərində təsir göstərə bilər".Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssis Natiq Məmişov deyib. "Məsələni çətinləşdirən faktor valideyn və müəllimin bəzən problemin dərinliyini bilməməsidir. Buna görə də kömək effektli olmur. Bu problemi həll etmək üçün müdaxilə və təlimlərin aparılması vacibdir. Rəqəmsal davranış vərdişləri öyrədilməli, empati bacarıqları inkişaf etdirilməli, valideynin özü də uşağın dünyasını başa düşəcək səviyyədə hazırlıqlı olmalıdır. Eyni zamanda, rəqəmsal platformalarda mexanizmlər və hüquqi tədbirlər də mövcud olmalıdır"O bildirib ki, "YouTube" kimi platformalar müəyyən qədər təhlükəsizlik təmin edir, amma uşaqlar başqa yerlərə də daxil ola bilər:"Müəllim dərs zamanı tapşırıq verib telefon istifadəsini izləyə bilər, lakin valideyn uşağın telefonunu daim nəzarətdə saxlaya bilməz. Bu səbəbdən məqsəd yalnız nəzarət deyil, fərqindəlik yaratmaq və dialoq mühiti qurmaqdır".Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.