ain.az bildirir, 525.az saytına əsaslanaraq.
Ermənistanının Baş naziri Nikol Paşinyan NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.
525.az xəbər verir ki, tərəflər Ermənistan-NATO tərəfdaşlığı və əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.
Nikol Paşinyan qeyd edib ki, Ermənistan regionda təhlükəsizlik və sabitlik gündəliyinin irəliləməsi üçün NATO da daxil olmaqla beynəlxalq tərəfdaşlarla əməkdaşlığa böyük əhəmiyyət verir.
Görüşdə Ermənistan və Azərbaycan arasında 8 avqustda imzalanan Vaşinqton bəyannaməsi və sonrakı hadisələr müzakirə olunub. Regional kommunikasiyaların açılması, xüsusən də TRIPP layihəsi barədə fikir mübadiləsi aparılıb.
Pərvanə Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.