AZ

Valideynlər azadlıq adı altında uşaqları həm real həyatda, həm də virtual mühitdə tam nəzarətsiz buraxırlar AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Hələ də azyaşlı qızların zorla evləndirilməsi və erkən nikah halları ilə rastlaşırıq. Bu hallar birbaşa valideyn məsuliyyətsizliyinin, uşaqlara lazımi tərbiyə verilməməsinin və nəzarətsizliyin nəticəsidir. Xüsusilə region məktəblərində nəzarətin zəif olması uşaqların istədikləri vaxt dərsə gedib gəlməsinə, bəzən isə ümumiyyətlə məktəbdən yayınmasına şərait yaradır".Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. "Nəzarətin olmaması uşaqların vaxtlarını küçədə keçirməsinə, yad mühitlərlə əlaqə qurmasına və müxtəlif mənfi təsirlərə yönəlməsinə səbəb olur. Həyat təcrübəsi, bilik və dünyagörüşü yetərli olmayan uşaqlar asanlıqla aldadılır və təhlükəli vəziyyətlərə düşürlər. Bu təsirlər həm real həyatdan, həm də virtual mühitdən qaynaqlanır. Təəssüf ki, bir çox valideyn uşağı smartfonla “məşğul” etməklə öz məsuliyyətini kənara qoyur. Nəticədə uşaqlar nəzarətsiz internet mühitində psixoloji təsirlərə, əxlaqsızlıq təbliğatına və müxtəlif manipulyasiyalara məruz qalır. Təcrübəsizlik isə bu proseslərin ağır fəsadlarla nəticələnməsinə səbəb olur".O bildirib ki, son dövrlər valideynlər azadlıq və sərbəstlik adı altında uşaqları həm real həyatda, həm də virtual mühitdə tam nəzarətsiz buraxırlar:"Eyni zamanda məktəblərin tərbiyə funksiyası zəiflədilib, onlar daha çox texniki tədrislə məhdudlaşır. Nəticədə cəmiyyətin iki əsas tərbiyə institutu olan ailə və məktəb öz rolunu itirmək üzrədir.Uşaqlarının məhv olmasını istəməyən valideynlər onlara vaxt ayırmalı, daim nəzarətdə saxlamalı və tərbiyəsi ilə ciddi məşğul olmalıdır. Eyni zamanda məktəblərin tərbiyə funksiyası bərpa edilməlidir. Müəllimlər ikinci valideyn kimi uşağın davranışını, psixoloji durumunu və həyat tərzini izləməli, şübhəli hallarda valideynlərlə birgə operativ tədbirlər görməlidirlər.Müasir uşaqlar çox çətin və təzyiqlərlə dolu bir mühitdə böyüyür. İnternet və real həyatın yaratdığı psixoloji təsirlər onları asanlıqla təhlükəli vəziyyətlərə sürükləyir. Bu səbəbdən uşaqları qorumaq böyüklərin birbaşa vəzifəsidir".Sosioloq deyib ki, bu məsuliyyət təkcə valideynlərin deyil, dövlətin, məktəbin, müəllimlərin, eləcə də cəmiyyətin bütün üzvlərinin üzərinə düşür;"Qonşular və qohumlar da biganə qalmamalı, problem gördükdə məsələni qaldırmalı və həllinə çalışmalıdırlar.Ümumilikdə bu, cəmiyyətin ortaq problemidir. Milli mənəvi dəyərləri arxa plana ataraq azadlıq adı altında uşaqları nəzarətsiz buraxmaq gələcək nəsillərin sağlam tərbiyəsinə və psixoloji inkişafına ciddi zərbə vurur.Xüsusilə regionlarda və kənd məktəblərində nəzarət gücləndirilməli, əsaslı səbəb olmadan dərsdən yayınmaya yol verilməməlidir. Valideynlərlə məktəb arasında daimi və sistemli əlaqə qurulmalı, uşağın davranışı, fəaliyyəti və psixoloji durumu birgə nəzarətdə saxlanmalıdır".Qeyd edək ki, bir neçə gün öncə Tovuzda toyuna əngəl olunan 14 yaşlı qızın oxuduğu məktəb onun tez-tez dərsdən yayındığını bildirib.Əfsanə Kamal

Demokrat.azƏfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
117
demokrat.az

1Mənbələr