AZ

Təqaüdçü Cennifer Enistona görə 4 400 manat İTİRİB

Rusiyalı təqaüdçü Cennifer Enistona görə 250 000 rubl (təxminən 4 400 manat) itirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kostroma şəhərindən olan təqaüdçü qəribə dələduzluq hadisəsinin qurbanı olub. O, məşhur aktrisa Cennifer Enistona müalicə üçün 250 000 rubl (təxminən 4 400 manat) vəsait köçürüb.

Hadisə sosial şəbəkələrdəki tanışlıqdan sonra baş verib. Dələduz qadın kişi ilə yazışaraq özünü aktrisa kimi təqdim edib və təcili müalicəyə ehtiyacı olduğunu bildirib. Saf təqaüdçü ona əvvəlcə 150 000 rubl (təxminən 2 600 manat) göndərib.

Daha sonra saxta aktrisa guya Rusiyaya uçmaq üçün bilet lazım olduğunu iddia edərək kişidən əlavə 95 000 rubl (təxminən 1 600 manat) da alıb.

Dələduz bununla kifayətlənməyərək daha 50 000 rubl (təxminən 870 manat) istəyib, lakin xoşbəxtlikdən bank bu əməliyyatı şübhəli sayaraq bloklayıb və növbəti itkinin qarşısını alıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
146
interpress.az

1Mənbələr